AZ

"Sabah" heç-heçə etdi

"Sabah" Misli Premyer Liqasında heç-heçə edib. Metbuat.az xəbər verir ki, paytaxt təmsilçisi IX turda "Araz-Naxçıvan"la üz-üzə gəlib.Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb."Bayquşlar"ın heyətində 54-cü dəqiqədə Stiv Solvet, 73-cü dəqiqədə Coy Lens Mikels (penalti) fərqləniblər. Naxçıvan klubunun qollarına 58-ci dəqiqədə İssuf Paro, 90+8-ci dəqiqədə Simakala imza atıb.Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran "bayquşlar" dördüncü, 16 xalı olan "Araz-Naxçıvan" üçüncü sıradadır.Günün digər görüşündə "Zirə" "Sumqayıt"ı qəbul edəcək.

Qeyd edək ki, ötən gün "Turan Tovuz" "Karvan-Yevlax"ı (2:1), "İmişli" isə "Kəpəz"i (3:0) məğlub edib. Tura oktyabrın 26-da yekun vurulacaq.

Seçilən
20
4
metbuat.az

6Mənbələr