AZ

Vətən Müharibəsi Qəhrəmanının qızı qızıl medal qazandı - FOTOLAR

Niftəliyeva Ləman Mehrab qızı cüdo idman növü üzrə U-17 qızlar və oğlanlar arasında keçirilən Sumqayıt şəhər birinciliyində 40 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb və 1-ci yerə layiq görülüb.

"Unikal" xəbər verir ki, bu barədə Sumqayıt şəhər Mikayıl Müşfiq adına 34 nömrəli tam orta ümumtəhsil məktəbi məlumat yayıb. 

Qeyd edək ki, L.Niftəliyeva Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin şəhid baş giziri Mehrab Niftəliyevin qızıdır.

Seçilən
92
50
unikal.az

10Mənbələr