AZ

Miroşnik: Aİ Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı birbaşa təmasların qarşısını almağa çalışır - ÖZƏL

Rusiya Xarici İşlər Nazirliyinin Kiyev rejiminin cinayətləri ilə bağlı xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib ki, Avropa İttifaqı Ukrayna münaqişəsinin həlli istiqamətində Rusiya və ABŞ arasında birbaşa təmasların baş tutmaması üçün bütün vasitələrdən istifadə edir.

Olaylar xəbər verir ki, diplomat bu fikirləri müsahibəsində səsləndirib. Onun sözlərinə görə, Avropa ölkələri bu məsələdə "şahin mövqeyi" nümayiş etdirir.

"Onlar Rusiya ilə Ukrayna, eləcə də Moskva ilə Vaşinqton arasında qarşıdurmanın aradan qaldırılması məqsədilə birbaşa ikitərəfli təmasların baş verməməsi üçün demək olar ki, bütün vasitələrə əl atırlar," - deyə Miroşnik vurğulayıb.

O, xatırladıb ki, artıq üç ildən çoxdur ABŞ "anti-Rusiya fəaliyyətinin və hərbi gərginliyin lokomotivi" rolunda çıxış edir.

Miroşnikin sözlərinə görə, hazırda Avropa İttifaqı ABŞ prezidenti Donald Trampın administrasiyasını keçmiş prezident Co Bayden dövründəki siyasətə qaytarmağa çalışır.

"Yəni Ukraynada baş verən özbaşınalıqlara maliyyə və hərbi dəstək göstərmək, həmçinin bu proseslərə guya diplomatik don geyindirmək siyasətini davam etdirmək istəyirlər," - deyə diplomat qeyd edib.

Bundan əvvəl Miroşnik bəyan etmişdi ki, "istəyənlər koalisiyası" adlanan qrupun yeganə məqsədi Ukrayna Silahlı Qüvvələrini silahlandıraraq münaqişəni uzatmaqdan ibarətdir.

Bu arada, Macarıstanın baş naziri Viktor Orban bildirib ki, "istəyənlər koalisiyası"nın üzvlərini "Ukrayna uğrunda ölməyə hazır olanlar" adlandırmaq daha düzgün olardı.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
26
olaylar.az

1Mənbələr