AZ

Benites Afinada qərar tutdu

Nəhayət, Rafael Benites özünə yeni iş yeri tapıb.

"Football-plus.az" xəbər verir ki, tanınmış ispaniyalı məşqçi bundan sonra Yunanıstanda işləyəcək.

O, “Panatinaikos”u çalışdıracaq. Bu barədə Afina klubunun rəsmi saytı məlumat yayıb. Beniteslə müddəti 2027-ci ilin iyununa qədər razılaşdırılan müqavilə imzalanıb.

Qeyd edək ki, onun sonuncu iş yeri “Selta” olub. 65 yaşlı mütəxəssis 2024-cü ilin martında İspaniya klubundan ayrılandan sonra işsiz idi. Benites uğurlarla zəngin olan karyerası ərzində “Valyadolid”, “Osasuna”, “Estremadura”, “Tenerife”, “Valensiya”, “Liverpul”, “İnter”, “Çelsi”, “Napoli”, “Real”, “Nyukasl”, “Dalyan” və “Everton”u da çalışdırıb.

Seçilən
69
football-plus.az

1Mənbələr