“Britaniya sularına təhdid yaradan Rusiya gəmilərinin sayı 30% artıb. Bu isə bütün ərazi boyunca Rusiya aqressiyasının güclənməsindən xəbər verir və yalnız Ukraynaya deyil, bütün Avropaya təsir göstərir”.
Bizim.Media xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib.
Con Hilinin sözlərinə görə, Kral Hərbi Hava Qüvvələri və Kral Donanması Şimali Atlantikdə öz mövcudluğunu artırıb: “Həhz orada rus sualtı qayıqları ən aktiv fəaliyyət göstərir. Kral Hərbi Hava Qüvvələri demək olar ki, hər gün, bəzən isə gecə-gündüz və çox vaxt NATO müttəfiqlərinin dəstəyi ilə missiyalar yerinə yetirir. Bir sözlə Britaniya Rusiyanın sualtı qayıqlarını diqqətlə izləyir”.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta