AZ

İşləyənlərin maaşından gəlir vergisi belə tutulacaq – YENİ DETALLAR

2026-cı ilin yanvarın 1-dən etibarən fiziki şəxslərin əmək haqqlarından yeni vergi tutulması planlaşdırılır. Qanun layihəsinə əsasən, gələn ildən əməkhaqqı 2500 manatadək olan vətəndaşlardan 3 faiz gəlir vergisi tutulacaq. Maraqlıdır, əgər bu vergi işəgötürənlər üçün əlavə yükə çevrilərsə, iş yerlərinin azalması və ya qeyri-rəsmi məşğulluğun artması riski varmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu addım işəgötürənlər üçün əlavə yük yarada bilər və nəticədə qeyri-rəsmi məşğulluğun artması riski mövcuddur.

Natiq

Ekspertin sözlərinə görə, əvvəllər qeyri-neft və özəl sektora tətbiq olunan 7 illik vergi güzəştlərinin məqsədi “boz əmək bazarının” aradan qaldırılması və rəsmi müqavilələrlə işləyənlərin sayının artırılması idi.

“Bu, müəyyən qədər müsbət nəticə verdi. Amma indi yeni vergi yüklərinin tətbiqi çox güman ki, yenidən boz əmək bazarının genişlənməsinə, müqaviləsiz işləyənlərin sayının artmasına gətirib çıxaracaq”, – deyə N. Cəfərli qeyd edib.

O, əlavə edib ki, hökumət bu vergi artımından təxminən 600 milyon manat əlavə vəsaitin büdcəyə daxil olacağını proqnozlaşdırsa da, bu, uzunmüddətli perspektivdə reallaşmaya bilər:

“Əgər qeyri-rəsmi əmək haqları və müqaviləsiz məşğulluq artarsa, vergi daxilolmalarında da azalma müşahidə ediləcək”.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
31
1
konkret.az

2Mənbələr