AZ

Münaqişələr Türkiyəsiz həll edilə bilməz Ərdoğan

ain.az bildirir, Unikal.az portalına istinadən.

"Bugünkü reallıqda Türkiyənin iştirakı olmadan münaqişələrin sülh yolu ilə həlli qeyri-mümkün olub və Rusiya-Ukrayna münaqişəsi də istisna deyil".

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, bütün dünya daha güclü Türkiyənin hər zaman danışıqlar masası arxasında olduğunu etiraf etmək məcburiyyətindədir.

“Suriyadan Qəzzaya, Fars körfəzindən Rusiya- Ukrayna münaqişəsinə qədər heç bir yerdə Türkiyə olmadan vəziyyət yenidən tarazlaşdırıla bilməz”, - o deyib.

Ərdoğan vurğulayıb ki, Türkiyə “sülh və sabitlik ixrac etdiyi üçün” regionda və dünyada qonşuları arasında etimad yaradır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
2
unikal.az

3Mənbələr