AZ

“Mövsüm hələ maraqlı olacaq”

“Mançester Siti” müdafiəçisi Yoşko Qvardiol İngiltərə Premyer Liqasında çempionluq uğrunda mübarizə barədə fikirlərini bölüşüb. 

90deqiqe.Az xəbər verir ki, jurnalist Rob Douson futbolçunun dediklərini belə çatdırıb.

“Mövsümün əvvəlində hiss olunurdu ki, bizi düzgün qiymətləndirmirlər. Hər kəs yalnız ‘Arsenal’ və ‘Liverpul’ barədə danışırdı. Uğurlu oyunlar seriyasından sonra isə hamı başa düşdü ki, bizi nəzərə almamaq olmaz. Hələ qarşıda çox oyun var və düşünürəm ki, mövsüm maraqlı keçəcək.”

Qeyd edək ki, hazırda səkkiz turun sonunda “şəhərlilər” 16 xalla ikinci pillədə qərarlaşıblar. Lider “Arsenal” 19 xalla öndədir, üçüncü pillədə isə “Liverpul” 15 xalla yer alır.Bazar günü, “Mançester Siti” “Aston Villa” ilə səfər matçına çıxacaq.

Seçilən
52
90deqiqe.az

1Mənbələr