“Napoli” klubunun qapıçısı Aleks Meret məşq zamanı ayağından zədələnib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İitalyan qolkiperin minimum bir ay yaşıl meydanlardan kənar qalacağı gözlənilir.
Cari mövsümdə 28 yaşlı oyunçu Serie A-da dörd oyunda meydana çıxıb, bu matçlarda dörd qol buraxıb və iki oyunda qapısını toxunulmaz saxlayıb.
Hazırda “Napoli” 7 turdan sonra 15 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Komandanın lider “Milan”dan iki xal geridə olduğu bildirilir.
Qeyd edək ki, növbəti matçda neapolitlilər oktyabrın 25-də “İnter”lə üz-üzə gələcək.