AZ

"Napoli"nin qapıçısı sıradan çıxdı

"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan "Napoli"nin qapıçısı Aleks Meret sıradan çıxıb.

Fanat.Az xəbər verir ki, informasiyanı ANSA yayıb.

Mənbənin məlumatına görə, 28 yaşlı qolkiper komandanın məşqində zədələnib. Sağ ayağından xəsarət alan italiyalı oyunçunun təxminən bir ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

2018-ci ildən Neapol təmsilçisinin heyətində çıxış edən Aleks Meret cari mövsüm 4 matçda meydana çıxıb. 

Qeyd edək ki, "Qarabağ" "Napoli" ilə noyabrın 25-də İtaliyada üz-üzə gələcək.

Seçilən
83
8
fanat.az

9Mənbələr