Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Naxçıvan, 25 oktyabr, AZƏRTAC
Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib, üç avtomobil toqquşub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Qəza zamanı "Hyundai", "Tofaş" və "VAZ 21099" markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmasa da, hər üç avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.