AZ

Şəhriyar Əliyev: Uzun müddətdən sonra meydana çıxmaq həm sevindirici, həm də...

sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Karvan-Yevlax" əks-hücumlara sürətli çıxan komandadır. Heyətində sürətli futbolçular var". Bu sözləri Sport24.az-a açıqlamasında "Turan Tovuz"un futbolçusu Şəhriyar Əliyev deyib.Kapitan komandasının Misli Premyer Liqasının 9-cu turunda "Karvan-Yevlax" üzərindəki qələbəsini şərh edib:"Hesabda geriyə düşsək də, şükür ki, qələbə qazana bildik. Əsas odur həvəsdən düşmədik, qələbə qolunu vurmağı bacardıq. Tək bu oyunda yox, bütün matçlarda 90 dəqiqə mübarizə aparırıq. Uzun müddətdən sonra meydana çıxmaq həm sevindiricidir, həm də ağırdır. Artıq bir ilə yaxındır oynamırdım. Bu görüşdə az vaxt qazansam da, çalışacam növbəti qarşılaşmalarda heyətdə yer alım. Meydana kimin çıxacağına baş məşqçi qərar verir. Kurban Berdiyev tək mənimlə yox, bütün futbolçularla ünsiyyətdədir. Hansı oyunçuya şans verilsə, meydanda ürəyini qoyur".

Qeyd edək ki, Premyer Liqanın IX turu çərçivəsində dünən keçirilən oyunda "Turan Tovuz" "Karvan - Yevlax"a 2:1 hesabı ilə qalib gəlib. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
1
sport24.az

2Mənbələr