AZ

Vaşinqton Rusiyanın yaxasını buraxmır – növbədə əlavə sanksiyalardır

ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiyaya qarşı əlavə sanksiyalar hazırlayıb.

NOCOMMENT.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, Putin Ukraynada müharibənin dayandırılmasını gecikdirməkdə davam edərsə, əlavə sanksiyalar Rusiya iqtisadiyyatının əsas sektorlarına tətbiq oluna bilər.

Amerikalı məmurlar avropalı həmkarlarına bildiriblər ki, ABŞ dondurulmuş Rusiya aktivlərindən Kiyevə Amerika silahları almaq üçün istifadəni dəstəkləyir.

Mənbələr onu da qeyd ediblər ki, Ukraynanın hərbi səylərini dəstəkləmək üçün Vaşinqton ölkədə saxlanılan Rusiya aktivlərindən istifadəyə dair ilk daxili danışıqları aparıb.

Xatirə SADİQ

Seçilən
22
nocomment.az

1Mənbələr