Bakı. Trend:
Almaniyanın Bavariya əyalətində yerləşən və vaxtilə ölkənin ənböyük atom elektrik stansiyası sayılan “Gundremmingen” AES-in ikinəhəng soyuducu qülləsi (hər biri 160 metr hündürlüyündə) bu günpartladılaraq dağıdılıb.
Trend AlmaniyaKİV-ə istinadən xəbər verir ki, bu hadisə Almaniyanın atomenerjisindən tamamilə imtinasının simvolu kimi dəyərləndirilib.
Stansiya 2021-ci ildə fəaliyyətini dayandırmışdı, lakin onuntarixi 1966-cı ildə Almaniyada ilk iri miqyaslı reaktorun işəsalındığı dövrə gedib çıxır.
Partlayışdan sonra 56 min ton armatur və beton qalıqlarınınxırdalanaraq tikinti materialı kimi təkrar emalıplanlaşdırılır.