AZ

Almaniyanın ən güclü Atom Elektrik Stansiyası belə partladıldı

Almaniyanın bir vaxtlar ən güclü Atom Elektrik Stansiyası (AES) olmuş strateji obyekti partladılıb.

Publika.az xəbər verir ki, bu barədə yerli NiUS portalının Telrgram kanalında məlumat verilib.

"Bavariyadakı "Gundremmingen" Atom Elektrik Stansiyası partladılıb", - deyə məlumatda bildirilir.

Jurnalistlərin sözlərinə görə, onun 160 metrlik qüllələri əvvəlcədən minalanıb. Əməliyyatın atom dövrünün sonunu və enerji sahəsində yeni bir dövrün başlanğıcını simvolizə etdiyi qeyd olunur.

Qeyd edək ki, Almaniya nüvə enerjisindən tamamilə imtina edib və bütün nüvə elektrik stansiyalarını bağlayıb.

Seçilən
75
5
publika.az

6Mənbələr