Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Real”ın türkiyəli üzvü Arda Gülərin “Yuventus”la oyundan çıxdıqdan sonra yayılan görüntüləri diqqət cəlb edib.
Axar.az xəbər verir ki, A.Gülərin texniki zonada futbolçular və məşqçilər heyəti ilə görüşəndən sonra təhlükəsizliyi qoruyan polislərlə salamlaşması gündəm yaradıb.
Ardanın bu hərəkəti İspaniyada böyük marağa səbəb olub və sosial şəbəkədə dəfələrlə paylaşılıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.
 
                        