AZ

“Çelsi” heyəti məşq bazasından təxliyə olundu

Londonda fəaliyyət göstərən “Çelsi” futbol klubunun oyunçuları və personalı məşq bazasından təxliyə edilib.

90deqiqe.Az “The Sun”a istinadən xəbər verir ki, səbəb bazadakı hovuzda siqnalizasiyanın işə düşməsi və xlor sızması ilə bağlı ehtimallar olub.

Əsas heyət və personal Kobhəmdəki baş binanı tərk edib. Hadisə yerinə Serri dairəsinin yanğın-xilasetmə xidməti cəlb olunub.

Yanğınsöndürənlər alarmın yalnış olduğunu təsdiqlədikdən sonra oyunçular və personal binaya geri qayıdaraq şəxsi əşyalarını götürüblər.

Qeyd edək ki, bu gün, 25 oktyabr, İngiltərə Premyer Liqasının 9-cu turu çərçivəsində “Çelsi” “Sanderlend”lə qarşılaşacaq. Oyun Londondakı “Stamford Bridc" stadionunda keçiriləcək.

Seçilən
21
90deqiqe.az

1Mənbələr