AZ

Neymarın keçmək istədiyi klub bilindi

BAKI, 25 oktyabr. TELEQRAF

Braziliyanın “Santos" klubunun futbolçusu Neymar karyerasını ABŞ-də davam etdirə bilər.

Teleqraf “Diario Sport”a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu Braziliyanın DÇ-2026-nın heyətinə daxil olmaq şansını artırmaq üçün "İnter Mayami"də Lionel Messi və Luis Suaresə qoşulmaq istəyir.

Mənbənin məlumatına görə, Neymar əvvəlcə Avropaya qayıtmaq istəyirdi, lakin Avropa klubları braziliyalıya aktiv maraq göstərməyiblər.

Qeyd edək ki, Neymar zədə səbəbindən sonuncu dəfə sentyabrın 14-də oynayıb.

Seçilən
73
2
teleqraf.com

3Mənbələr