AZ

Elçin Ağamalı qalmaqallı qurultaydan DANIŞDI

Xəbər verdiyimiz kimi, Ana Vətən Partiyasının qurultayında Elçin Ağamalı yeni sədr seçilib.

Elçin Ağamalı qurultayda baş verənlərlə bağlı "Cebheinfo.az"-a danışıb.

O bildirib ki, qurultayda 4 nəfərin namizədliyi irəli sürülüb:

"Mən, Günay Ağamalı, Sumqayıt təşkilatımızdan Əhməd Quliyev və Şamaxı təşkilatımızdan Ömər bəy sədrlik uğrunda mübarizə apardıq. Mənim namizədliyim elan olunanda və mən çıxış edəndə qurultay iştirakçıları böyük dəstək verdilər. Fəzail müəllim bunu görəndə qurultayın gedişatını dayandırdı".

O qeyd edib ki, Fəzail Ağamalı 10 dəqiqəlik fasilə elan edərək, nümayəndələri zaldan çıxararaq qurultayı saxlamaq istədi:

"Ancaq qurultay nümayəndələrinin əksəriyyəti zalı tərk etmədilər. İşıqlarımız kəsildi, otelin müfahizəsi tərəfindən bizə təzyiqlər olunmağa başladı. Buna baxmayaraq, qurultayı yekunlaşdıra bildik. 100 nəfərin səsi ilə partiyanın yeni sədri seçildim".

Elçin Ağamalı atası ilə əlbəyaxa dava etdiyi iddialarını isə təkzib edib:

"Atamla aramda hansısa əlbəyaxa dava olmayıb. Sadəcə sivil qaydada sözlü gərginlik yaşanıb. Hər kəs öz fikrini ifadə edib".

Seçilən
126
cebheinfo.az

1Mənbələr