“Ukrayna prezidenti Volodimir Zelenski cəbhə xəttində hərbi əməliyyatların dondurulmasındansöhbət getdiyini etiraf edməklə ciddi addım atdı. Onun əvvəlki mövqeyinə görə, Rusiya Ukraynadan tamamilə çəkilmalı idi. Bu baxımdan, əslində, məncə, diplomatik həll yolu üzərində işləməyə kifayət qədər yaxınıq”, - Rusiya lideri Vladimir Putinin xüsusi nümayəndəsi “CNN” telekanalına müsahibəsində bildirib.
Rusiyanın Birbaşa İnvestisiya Fondunun (RBİF) rəhbəri Kirill Dmitriev ABŞ prezidentinin Rusiyanın iki ən böyük neft şirkətinə - “Lukoyl” və “Rosneft” - qarşı sanksiyaları elan etməsi fonunda Vaşinqtona gedib. Sanksiyalar Rusiya prezidenti Vladimir Putini müharibəni dayandırmağa məcbur etmək məqsədi daşıyır.
Bu addıma baxmayaraq, Putinin nümayəndəsi Rusiya ilə ABŞ arasında dialoqun davam edəcəyini söyləyib.
- Bu, əlbəttə ki, yalnız Rusiyanın maraqları nəzərə alınarsa və ona hörmətlə yanaşarsa, mümkündür”,- “Reuters” agentliyi rusiyalı məmurdan sitat gətirir.bildirib.
![]() |
| Putinin xüsusi nümayəndəsi ABŞ-yə gedib |
Onun sözlərinə görə, masada o qədər də çox məsələ yoxdur. Əgər tərəflər onları diplomatik yolla necə həll edəcəklərini anlasa, tezliklə həll yolu tapıla bilər.
Rusiya prezidentinin cüsusi nümayəndəsinin fikrincə, Kiyev“ingilislərin və avropalıların” təşəbbüsü əsasında Rusiya ilə danışıqları“gecikdirir və pozur”.
Dmitriyev həmçinin bildirib ki, ABŞ-nin Rusiyaya qarşı sanksiyaları və digər“qeyri-dost addımları” Rusiya iqtisadiyyatına “tamamilə heç bir” təsir göstərməyəcək və məhdudiyyətlərin nəticələrini ilk növbədə benzinin qiymətinin artması vasitəsilə amerikalılar hiss edəcək.
“Axios” portalının məlumatıan görə, oktyabrın 24-də ABŞ-yə səfərə gələn Kirill Dmitriyev oktyabrın 25-də ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffla görüşəcək.
Sahil İsgəndərov
AzVision.az
