Türkiyənin “Fənərbağça” klubunun borcu məlum olub.
Fanat.Az xəbər verir ki, klubun 28,7 milyard türk lirəsi (təxminən 1,12 milyard manat) məbləğində böyük borcu var.
2025-ci il sentyabrın 21-dək olan hesabatı İstanbul nəhənginin mətbuat xidməti yayıb.
Futbol, basketbol, voleybol, atletika, boks, avarçəkmə və yelkənli idman klublarının daxil olduğu “Fənərbağça”nın ümumi strukturu borc içində "üzür”.
Qeyd edək ki, “Fənərbağça”nın basketbol komandası Avroliqanın hazırkı çempionudur. “Dördlər finalı”nın qızıl oyununda Şarunas Yasikiviçyusun komandası Fransanın “Monako” komandasına qalib gəlib (81:70).
“Sarı bülbüllər”in futbol komandası isə avqustun sonunda Joze Mourinyunu baş məşqçi postundan uzaqlaşdırıb və ona 15 milyon avro (təxminən 730 milyon lirə) təzminat ödəyib.