AZ

Gənc qız əylənmək üçün qorxu evinə getdi - Başına gəlməyən qalmadı - ANBAAN GÖRÜNTÜ

Türkiyədə qəribə olay yaşanıb.

Far.Az xəbər verir ki, əylənmək üçün "Qorxu Evi"nə gedən 24 yaşlı Melike şiddətə məruz qaldığını bildirib.

Yaşadığı anın kamera görüntülərini yayan Melike, 18 yaşlı işçinin onun boğduğunu, saçından tutub dartdığını və ona elektroşok verdiyini deyib:

"Ona dəfələrlə məni vurmamasını dedim. Lakin o dayanmadı. Məni boğdu və elektrikşok verdi. Hələ də titrəyirəm, qaranlıqda qala bilmirəm, qəfil edilən hərəkətlərdən qorxuram".

Melike bununla bağlı polisə müraciət edib. Polislər həmin işçini şöbəyə aparıblar. Bəzi prosedurlardan sonra o sərbəst buraxılıb.

Sözügedən "Qorxu Evi"nin isə fəaliyyəti dayandırılıb.

Ətraflı videoda:

Seçilən
62
3
far.az

4Mənbələr