AZ

İsrail Livanın cənubuna zərbə endirib, bir nəfər yaralanıb

Livanın cənubundakı Haruf kəndində İsrailin pilotsuz uçuş aparatının hücumu nəticəsində bir nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "Ynet"ə istinadən xəbər verir ki, bu barədə Livanın "Əl-Əxbar" qəzeti məlumat yayıb.

Məlumata görə, hücum kənddəki məktəbin yaxınlığında yerləşən bir nəqliyyat vasitəsini hədəf alıb.

İsrail Müdafiə Qüvvələri hələlik hadisə ilə bağlı şərh verməyib.

Seçilən
53
8
operativmm.az

10Mənbələr