
Bu gün Ana Vətən Partiyasının qurultayı keçirilib.
Reyting.az xəbər verir ki, qurultayda Fəzail Ağamalı partiya sədrliyindən istefa verib.
Sədrlik uğrunda onun övladları Günay Ağamalı və Elçin Ağamalı mübarizə aparıblar.
Səsvermənin nəticələrinə əsasən, Elçin Ağamalı Ana Vətən Partiyasının yeni sədri seçilib. 150 nəfərdən 100 nəfəri ona səs verib.
Fəzail Ağamalı qızının sədr olmasını istədikdə isə oğlu ilə arasında dava düşüb. Qurultay iştirakçıları zaldan çıxarılmaq istədikdə isə gərginlik daha da artıb.
Bu zaman Elçin Ağamalının tərəfdarları ona dəstək şüarları səsləndiriblər.