"Bu onun öz ailə işidir. Ailə münasibətlərinin pozulması ictimai-siyasi mövqeyinə heç bir təsiri yoxdur. İnanmıram ki, müxalifət də bu cür üsul və metodlardan istifadə eləsin. Müxalifətdən də kimlərinsə bunu gündəmə gətirməsinə inanmıram.
Çünki, müxalifətdə də elə adanmlar var ki, ailəsi dağılıb, ikinci dəfə ailə qurub. Dünyada bir çox prezidentlər var, boşanıblar, evləniblər.
Bu sözləri "Sitat.info"ya açıqlamasında ADP sədri Sərdar Cəllaoğlu deyib.
S.Cəlaloğlu bildirib ki, hamı vətəndaşların şəxsi toxunulmazlığına hörmət etməlidir: " Xüsusi həyata hər hansı müdaxilə yolverilməzdir. Elman Nəsirovun siyasi, elmi fəaliyyəti qalıb bir kənarda, onu yalnız ailəsinə görə mühakimə etmək, ictimai qınağa məruz qoymaq tamamilə yalnışdır. Bu qurşaqdan aşağı zərbədir. Əgər o doğrudanda öz keçmiş ailəsi qarşısında qanunla nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmirsə, bu da hüququ müstəvidə həll edilməlidir. Qızı Elman Nəsirovu versin məhkəməyə, qanunla hansı öhdəlikləri var, onu tələb etsin".
Aytac,
Sitat.info