AZ

Bahəddin Həzi: Regionda sülhə xidmət edə biləcək hər işdə ziyalılar, media olmalıdır

"Doğrusu, bu haqda heç düşünməmişəm. Heç vaxt da belə görüşlərə, tədbirlərə dəvət olunmadığımdan iştirak etməmişəm". 

Bu barədə "Sherg.az"a açıqlamasında jurnalist, yazıçı-publisist, "bizimyol.info" saytının rəhbəri Bahəddin Həziyev deyib. 

Baş redaktor bildirib ki, prosesin içində olmadığına görə qiymət vermək, nəsə demək çətindir: 

"Yəqin ki yenə həmişəki adamlar iştirak edəcək bu işdə. Bircə onu deyə bilərəm ki, ölkəyə, regiona, regionda sülhə xidmət edə biləcək hər işdə ziyalılar, media, vətəndaş cəmiyyəti iştirak etməlidir. Bu işə kim cəlb ediləcəksə, hamısına uğurlar arzulayıram".

Qeyd edək ki, ötən gün ilk dəfə olaraq Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri İrəvanda ikitərəfli formatda görüş keçiriblər. İctimaiyyətdə ikili təmaslarda QHT təmsilçiləri ilə yanaşı, gələcəkdə media nümayəndələrinin, yazarların, mədəniyyət xadimlərinin də iştirak edəcəyi müzakirə olunur.
Seçilən
34
1
sherg.az

2Mənbələr