AZ

Robben “Bavariya” haqda elə sözlər dedi ki…

“Bavariya”nın sabiq yarımmüdafiəçisi Aryen Robben klubun cari mövsümdəki nəticələri və perspektivləri barədə danışıb.

Publika.az xəbər verir ki, Robbenin sözlərini klubun rəsmi saytı sitat gətirib.

“Bavariya”da işlər əla gedir. Onların kompakt oynama tərzi mənim xüsusilə xoşuma gəlir. Komanda çox işləyir və hamı yaxşı müdafiə olunur. Maykl Olise və Luis Dias kimi uşaqlar fərq yarada bilərlər.

Hər ikisi hazırda yaxşı formadadırlar. Onlar təkbətək vəziyyətlərdə çox sürətli və güclüdürlər. “Bavariya” yaxşı formada olanda biz istənilən komandanı məğlub edə bilərik.

Seçilən
29
publika.az

1Mənbələr