AZ

"Fənərbağça"nın borcu açıqlandı

Türkiyənin tanınmış futbol klubu “Fənərbağça”nın ümumi borcu məlum olub.

90deqiqe.Az xəbər verir ki, İstanbul təmsilçisinin bu gün keçirilən iclasında klubun 2025-ci il sentyabrın 21-nə olan ümumi borcu 28,7 milyard türk lirəsinə çatıb. Bu məbləğ təxminən 1,12 milyard manata bərabərdir.

Qeyd edək ki, son illərdə “Fənərbağça”nın maliyyə vəziyyəti diqqət mərkəzindədir. Klub xərcləri azaltmaq və gəlirləri artırmaq məqsədilə bir sıra iqtisadi islahatlar həyata keçirməyə çalışır.

Seçilən
46
90deqiqe.az

1Mənbələr