Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ABŞ-nin Florida ştatındakı "Walt Disney World"də iki həftədən az müddətdə üçüncü adam ölüb. Bu ölümlər silsiləsi məşhur "sehrlər parkı"ın üzərinə kölgə salıb. Sonuncu insident "Magic Kingdom" parkının yaxınlığında yerləşən "Disney's Contemporary Resort" hotelində baş verib.
Oxu.Az-ın "The New York Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Orinc dairəsi məhkəmə-tibbi ekspertizasının ofisindən məlumat verilib.
Rəsmilər hələlik nə onun ölüm səbəbi, nə də dəqiq ölüm vaxtı ilə bağlı açıqlama verməyiblər.
Hotelin qonaqlarından birinin "TikTok"da paylaşdığı videoda polis lenti, eləcə də fövqəladə xidmətlərin əməkdaşları və zabitlər hotelin həyətində görüntüləniblər. Hotelin qonaqları sosial şəbəkələrdə bildiriblər ki, onlardan pəncərələrdən baxmamaları xahiş olunub.
"Bilmirəm, kimsə aşağı tullanıb və ya təsadüfən yıxılaraq ölüb, amma nəsə dəhşətli bir şey baş verib", - deyə qonaqlardan biri qeyd edib.
Bildirilib ki, "Contemporary Resort"da ötən həftə başqa bir faciə baş verib: Çikaqodan olan "Disneyland" fanatı Sammer Ekvits adlı qadın məşhur A-şəkilli qüllənin damından yıxılaraq həyatını itirib.
Ötən il ailə quran və "Disney World"də bal ayını keçirən qadın qonaqların gözləri qarşısında gözlənilmədən özünü öldürüb.
Oktyabrın 21-də isə 60 yaşlı kişi attraksionlardan birinin içərisində huşunu itirib və daha sonra xəstəxanada ölüb.
"Contemporary Resort" "Disney World"də ən məşhur hotellərdən biri hesab olunur. "Magic Kingdom" parkından cəmi bir neçə dəqiqəlik məsafədə yerləşir, oradakı gecəlik otaqların qiyməti isə 1000 dollardan yuxarıdır.




















Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.