Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Motor"  klubu Polşa Ekstraklasanda növbəti oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, komanda "Vidzev" üzərində 3:0 hesablı qələbə qazanıb.

Renat Dadaşov matçın 78-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, "Motor" 13 turdan sonra turnir cədvəlində 14 xalla 13-cü yerdə qərarlaşıb.