Rusiyanın tanınmış telejurnalisti Kseniya Sobçak özü və oğlu üçün İspaniyada yaşamaq izni almaq üçün müvafiq orqanlara müraciət müraciət edib.
NOCOMMENT.az bu barədə El Pais nəşrinə istinadən xəbər verir.
“Putinin siyasi mentorunun qızı İspaniyada rezidenturaya müraciət edir” başlıqlı məlumatda deyilir ki, onun müraciəti hələ baxılma prosesindədir.
Hazırda Sobçakın Fransadan beş illik vizası var və bu, ona Şengen zonası ölkələrinə getmək imkanı verir.
“Haaretz”in məlumatına görə, rusiyalı jurnalist 2022-ci ildə İsrail vətəndaşlığını alıb.
O, Sankt-Peterburqun 1991-1996-cı illərdə meri olmuş Anatoli Sobçakın və senator Lyudmila Narusovanın qızıdır. Ata tərəfdən Kseniyanın polyak, çex, rus və ukrayna kökləri, ana tərəfdən isə rus və yəhudi kökləri var.
Rusiyanın indiki prezidenti Vladimir Putin 1991-1996-cı illərdə Kseniyanın atası Anatoli Sobçakın müşaviri olub.
Bır sıra televiziya proqramlarının və layihələrinin aparıcısı, baş prodüsseri olmuş Sobçak 2019-cu ildən Youtube-da “Ehtiyatlı olun” Sobçak” kanalını açıb. 2024-cü ilin avqust ayına olan məlumata görə, kanalın 3,8 milyondan çox abunəçisi və 1,1 milyarddan çox baxışı olub.
2018-ci ildə Rusiya Federasiyasının prezidentliyinə namizədliyini irəli sürmüş Kseniya Sobçak 1 237 692 (1,68 %) səs toplayaraq seçkilərdə dördüncü yeri tutmuşdu.
Xatirə SADİQ