“Kəpəz”in bu mövsüm Premyer Liqadakı qələbə sevinci bir tur çəkib. VIII oyun həftəsində “Şamaxı” səfərində 4:1 hesablı qələbə qazanan gəncəlilər dünən isə “İmişli”yə 3 cavabsız qolla məğlub olub.
Azər Bağırovun gəlişindən sonra komanda müəyyən temp yaxalayıb. Əvvəlcə “Qarabağ”, daha sonra “Şamaxı” ilə matçda yaxşı performans sərgiləyən “Kəpəz” dünənki məğlubiyyətə baxmayaraq, pis oynamadı. İlk hissədə qapıçı Məmməd Hüseynov düşüncəsiz davranışla komandasını çətin duruma saldı (red-qırmızı vərəqə alması). Azlıqda oynasa da, hücum etməyə çalışan “sarı-göylər” əks-hücumda yaxalandı və 3 qol buraxdıq.
İkinci hissənin əvvəlində tempi artırmaqla qol axtarışına çıxan “Kəpəz”in cəhdləri uğursuz alındı. Əvəzində sürətli irəli çıxan “İmişli” daha iki qol vurmaqla vacib qələbə qazandı. Bölgə təmsilçisi xallarını 12-yə çatdırıb və sonuncu “Kəpəz”i 9 xal qabaqlayır. Turlar keçdikcə fərqin açılması gəncəlilərin əleyhinədir. İndiki məqamda “sarə-göylər” üçün yeganə müsbət durum özündən iki xal öndə olan “Karvan-Yevlax”ın hər tur uduzmasdır.
Görünən Premyer Liqada qalmaq uğrunda yarış məhz bu iki kollektivin arasında gedəcək. Oyun baxımından “Kəpəz” daha yaxşı görünsə də, əsas məsələ xalların sayıdır. “Kəpəz” növbəti turda “Neftçi” səfərinə yollanacaq, daha sonra “Sabah”la üz-üzə gələcək. “Karvan-Yevlax”ı isə “Zirə” və “Araz-Naxçıvan”la duellər gözləyir. Növbəti 3-cü oyun isə autsayderlərin öz aralarında olacaq. Bu, mövsümün I dövrəsinin ən mühüm matçı olacaq. (Futbolpress)