AZ

Kəmaləddin Heydərovun adını siliblər — ŞOK İDDİA

“Azərbaycanda məmurlar öz sələfərinin fəaliyyətini danırlar. Bu inkarçılıq yazılan kitablarda, tədbirlərdə özünü açıq şəkildə büruzə verir. “Azərbaycan gömrüyü, dünən, bu gün, sabah” adlı bir kitab əlimə keçib. Kitabı vərəqlədikcə adamı təəccüb bürüyür”.

Demokrat.az yenisabah-a istinadən xəbər verir ki, bu sözləri sabiq deputat Etibar Əliyev öz “Facebook” səhifəsində yazıb. O, Gömrük Komitəsinin keçmiş sədri olan Səfər Mehdiyevin müəllifi olduğu “Azərbaycan gömrüyü, dünən, bu gün, sabah” kitabında Kəmaləddin Heydərovun gömrük sahəsindəki fəaliyyətlərini bilərəkdən sildiyini deyib:

“Səfər Mehdiyevin 2022-ci ildə tərtib etdiyi bu kitabda Kəmaləddin Heydərovun Gömrük Komitəsindəki 12 illik fəaliyyəti silinib. 500 səhifəlik kitabın bir yerində belə K. Heydərovun nə şəkli, nə də adı yer alıb. Səfər müəllimə görə gömrüyün dünəni olmayıb, yalnız onun sədr olduğu dövrdə Komitə mövcud olub…

Seçilən
48
6
demokrat.az

10Mənbələr