AZ

Bu qərarlar sülhə töhfə verəcək Mariyana Kuyunciç

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan və Ermənistan arasında normallaşma prosesindəki son qərarlar sülhə töhfə verəcək.

Globalinfo.az bildirir ki, bunu “Report”a açıqlamasında Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyunciç deyib.

O xatırladıb edib ki, ötən həftə Azərbaycan Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim edib və təqdimat mərasimi pozitiv keçib:

“Biz Avropa İttifaqı ilə Azərbaycan arasındakı gələcək proqramları müzakirə etdik. Danışıqlar pozitiv keçdi. Biz, həmçinin enerji bağlantıları, nəqliyyat, dəmir yolu, rəqəmsal transformasiyanı müzakirə etdik”.

Səfir, həmçinin əlavə edib ki, danışıqlarda Azərbaycan və Ermənistan arasında normallaşma mərhələsi müzakirə edilib:

“Biz azad olunan ərazilərdə mina məsələləri barədə də danışıqlar apardıq. Azərbaycan və Ermənistan arasında son zamanlar verilən qərarları müzakirə etdik və Prezident İlham Əliyevi təbrik etdim. Düşünürəm ki, bu proseslər sülhə daha çox töhfə verəcək”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
2
globalinfo.az

3Mənbələr