Kiyev, 25 oktyabr, AZƏRTAC
Oktyabrın 25-nə keçən gecə Rusiya ordusu növbəti dəfə Ukrayna paytaxtı Kiyev şəhərinə hava hücumları həyata keçirib.
AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, gecə saatlarında paytaxtda partlayış səsləri eşidilib və hava hücumundan müdafiə sistemi işə düşüb.
Hava hücumu zamanı Rusiya ordusu müxtəlif tipli raketlərdən, o cümlədən ballistik raketdən istifadə edərək bəzi strateji infrastruktur obyektlərinə zərbələr endirib. Kiyev şəhər hərbi administrasiyasının verdiyi məlumata görə, hava hücumu nəticəsində 1 mülki şəxs həlak olub, 10-a yaxın insan isə xəsarət alıb.
Hazırda yanğın baş verən ərazilər söndürülür və bu işə çox sayda helikopter cəlb edilib.
Qeyd edək ki, son vaxtlar Rusiya ordusunun hava hücumları nəticəsində paytaxtın enerji və qaz təchizatında ciddi problemlər yaradıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev