Bakı.Trend:
Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən 3000 manatdəyərində məişət əşyaları oğurlanıb.
Trend xəbərverir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarınınkeçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən34 yaşlı F.Muradov müəyyən olunaraq saxlanılıb.
Rayon ərazisində daha bir oğurluq hadisəsi qeydə alınıb. Paytaxtsakini olan bir nəfərə məxsus pul qabından 1100 manat maddi vəsaitioğurlamaqda şübhəli bilinən 48 yaşlı İ.Dobutkina da saxlanılıb.
Araşdırmalar aparılır.