BAKI, 25 oktyabr. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan Kasım-Jomart Tokayevə Qazaxıstan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə təbrik məktubu göndərib.
Teleqraf xəbər verir ki, bu barədə baş nazirin ofisi məlumat yayıb.
Nikol Paşinyan bildirib ki, ölkələrarası münasibətlərin dinamikası ikitərəfli strateji əməkdaşlığın inkişafına səbəb olacaq:
"Ümid edirəm ki, rəsmi səfərim zamanı Ermənistan-Qazaxıstan ikitərəfli gündəliyini müzakirə edərək dostluq, tərəqqi və strateji əməkdaşlığın inkişafına töhfə verəcəyik".
Məktubda həmçinin iki ölkə arasında qarşılıqlı maraqların gücləndirilməsi və regional əməkdaşlığın dərinləşdirilməsi vacibliyi vurğulanıb.