AZ

Müzəffər Ordu qurub torpaqlarımızı işğaldan azad edən Ali Baş Komandana minnətdarlıq edirik! - FİKRƏT YUSİFOV

Biz Qarabağımızı otuz illik işğaldan azad edən şəhidlərimizin ruhu qarşısında baş əyirik! Biz bu torpaqların azad olunması yolunda qazilik zirvəsinə yüksəlmiş oğullarımıza Uca Tanrıdan şəfa diləyirik! Müzəffər Ordu qurub torpaqlarımızı işğaldan azad edən Ali Baş Komandana minnətdarlıq edirik!

Bu fikiləri QHT.az-a açıqlamasında İqtisad elmləri doktoru, professor,  “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri   Fikrət Yusifov bildirib.

"Oktyabr Ayının 19/20-də Qarabağımızın mərkəzində - Xankəndidə “Qeyri‐ Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” tərəfindən təşkil olunmuş “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” keçirildi. Hər dəfə işğaldan azad olmuş torpaqlarımıza qədəm basarkən keçirtdiyim hisləri sözlə ifadə etmək mümkün olmur. Bu dəfə də eyni hisləri yaşadım. Yüz illər boyu torpaq itirən Azərbaycan işğal altına salınmış torpaqlarını azad etdi. Torpaq bir millətin tək varidatı deyil! Torpaq bir millətin həm də namusu, qeyrətidir! Biz torpaqlarımızi işğaldan azad etməklə yalnız ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmədik - biz bununla həm də itirilmiş milli dəyərlərimizi bərpa etdik. Torpaqlarımızın işğal altında olduğu 30 ilin təqribən yarısını mən  Rusiyada, onun mədəni paytaxtı olan Sankt-Peterburq şəhərində yaşayıb elmi fəaliyyətlə məşğul olmuşam. Bu şəhərdə yerli hakimiyyətin keçirtdiyi tədbirlərdə iştirak etdiyimiz zaman bizim başımız aşağı, üzümüz isə kədərli olurdu. Utanırdıq! Utanırdıq ki, bizimlə bu tədbirlərdə birlikdə iştirak edən ermənilər özlərini qalib, bizi isə məğlub  durumda görürdülər və bəzən də çox sıxıldığımızı hiss edib, ironiya ilə bizə sanki “ürək-dirək” vermək istəyirdilər. Bütün bunlar bir türkün bəlkədə həyatda yaşadığı ən acı məqamlar idi! Nə yaxşı ki, biz bir millət olaraq, bir dövlət olaraq toparlanıb bu hisləri qəlbimizdən ürəyimizdən silib atmaq qədər güclü ola bildik! Qeyri‐ Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən Xankəndinə səfərimiz möhtəşəm təşkil olunmuşdu. Onun təşkilatçılarına təşəkkür edirəm. Vətəndaş cəmiyyətinin yüzlərlə üzvünü müqəddəs Qarabağ torpağımızda belə bir mötəbər tədbir çərçivəsində bir araya gətirmək böyük təşkilatçılıq tələb edən bir işdir. Bu işdə əməyi olan Agentliyin rəhbərliyinə və əməkdaşlarına, Prezident Administrasının əməkdaşlarına dərin təşəkür edirəm.

Seçilən
81
qht.az

1Mənbələr