Bakı. Trend:
"Mançester Siti"nin 31 yaşlı yarımmüdafiəçisi Mateo Kovaçiç2027-ci ilin yayında başa çatacaq müqaviləsinin uzadılması barədəklubla danışıqlar aparmır.
Trend xəbərverir ki, "şəhərlilər"in xorvatiyalı futbolçunun transferi iləbağlı gələcək təkliflərə açıq olacağı gündəmdədir.
Mateo Kovaçiçə maraq göstərən klublar sırasında "Aston Villa" və"Vest Hem" kimi Premyer Liqanın iki təmsilçisi yer alır. Lakin bukomandaların rəqibi qismində İtaliyanın nəhəng klubu "Milan" daçıxış edə bilər.
Qeyd edək ki, Mateo Kovaçiç 2023-cü ilin yayından "MançesterSiti"nin formasını geyinir. Bu müddət ərzində o, bütün turnirlərdəümumilikdə 90 oyunda iştirak edib, 10 qol vurub və 4 məhsuldarötürmə edib.