AZ

Peskov: Putin heç kəsi alçaldıcı adlarla çağırmayıb

BAKI, 25 oktyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putinin həmişə həmkarlarına hörmətlə yanaşdığı və heç bir dövlət başçısını alçaldıcı adlarla çağırmadığı bildirilib.

Teleqraf xəbər verir ki, bu barədə TASS-a Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Dmitri Peskov qeyd edib ki, Putinin davranışı xüsusilə media və siyasi satira kontekstində nümunəvidir:

"Mənim üçün protokol və ədəb qaydaları baxımından misilsiz nümunə Prezident Vladimir Putindir. O, heç vaxt ən acınacaqlı dövlət başçısını belə adlandırmayıb".

O əlavə edib ki, V. Putin digər dövlət başçıları haqqında hər zaman hörmətlə danışır, bəzən sərt olsa da, davranışında həmişə ehtiram var.

Seçilən
58
teleqraf.com

1Mənbələr