AZ

Maduro: “ABŞ Karib hövzəsində yeni müharibəyə hazırlaşır”

AzVision.az xəbər verir ki, bunu Venesuela prezidenti Nikolas Maduro “El Qran Topo” kənd turizm icmasına səfəri zamanı deyib. “Onlar (ABŞ – Qeyd) söz vermişdilər ki, bir daha müharibələrə qarışmayacaqlar, amma indi yeni müharibə təşkil edirlər, biz bunun qarşısını alacağıq. Nə ilə? Cənubi Amerika xalqlarını səfərbər etməklə, çünki bütün Cənubi Amerika və Karib hövzəsi müharibəyə “yox”, sülhə, firavanlığa, harmoniyaya və barışığa “hə” deyir”, - dövlət başçısı bildirib.

Onun sözlərinə görə, ABŞ vətəndaşlarından Vyetnamdakı kimi, lakin indi Cənubi Amerikada, Karib hövzəsində olduğu kimi növbəti müharibəni istəyirlərmi deyə soruşmaq lazımdır.


AzVision.az

Seçilən
16
azvision.az

1Mənbələr