Mərakeş millisi və "Qalatasaray"ın sabiq futbolçusu Hakim Ziyeş karyerasını ölkəsində davam etdirəcək.
Apasport.az xəbər verir ki, 32 yaşlı vinger "Vidad Kasablanka"ya transfer olub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Hakim Ziyeş son olaraq "Əl-Duhail" komandasında çıxış edib. O, daha əvvəl "Tvente", "Ayaks" və "Çelsi" kimi klubların da şərəfini qoruyub.
"Liverpul" ulduz futbolçu ilə yollarını ayıracaq
"Beşiktaş" ciddi itki ilə üzləşib
Seneqallı müdafiəçi A Seriyasına qayıda bilər
Türkiyə millisinin üzvü "Yuventus"un hədəfində
"Qalatasaray"da yeni sponsorluq müqaviləsi - 83 milyon avro qazanacaq