Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan PrezidentiKasım-Jomart Tokayevə ölkəsinin milli bayramı münasibətilə təbrikməktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda qeyd olunub:
"Hörmətli Kasım-Jomart Kemeleviç,
Qazaxıstan Respublikasının milli bayramı – Respublika Günümünasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan vəAzərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımıçatdırmaqdan məmnunluq duyuram.
Qazaxıstanın hər bir sahədə əldə etdiyi sanballı uğurları,iqtisadi inkişafı, əhalinin rifahının artması və beynəlxalq aləmdəyüksək nüfuz qazanması Sizin rəhbərliyiniz altında ölkədə aparılanəhəmiyyətli islahatların və yorulmaz fəaliyyətinizinnəticəsidir.
Xalqlarımızın ortaq tarixi-mədəni kökləri dövlətlərarasıəməkdaşlığımızı şərtləndirən başlıca amillərdəndir. Qardaşölkələrimiz arasında əlaqələr qarşılıqlı etimad və yüksək hörmətruhunda inkişaf edir. Bu il imzalanmasının 20 illiyini qeydetdiyimiz “Azərbaycan Respublikası və Qazaxıstan Respublikasıarasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqındaMüqavilə” dövlətlərarası əlaqələrimizin strateji mahiyyətini əyanişəkildə əks etdirir.
Siyasi təmaslarımızın intensivliyi, ali səviyyədə qarşılıqlıanlaşmanın və fəal dialoqun mövcudluğu müxtəlif sahələrdə, xüsusilədə ticari-iqtisadi, energetika, o cümlədən yaşıl enerji, nəqliyyat,investisiya, informasiya texnologiyaları, mədəni-humanitar və digərsahələrdə əməkdaşlığımızın dərinləşdirilməsi üçün əlverişli zəminyaradır.
Bu yaxınlarda qardaş ölkənizə həyata keçirdiyim dövlət səfərimzamanı əldə etdiyimiz nəticələr, razılaşmalar və imzaladığımızsənədlər münasibətlərimizin daha da dərinləşdirilməsi istiqamətindəsarsılmaz iradəmizin və əzmimizin bariz nümunəsidir.
Əminəm ki, Azərbaycan-Qazaxıstan qardaşlığının, etibarlıstrateji tərəfdaşlığının və müttəfiqliyinin möhkəmləndirilməsi,əməkdaşlığımızın hərtərəfli genişləndirilməsi yolunda birgəsəylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, alidövləti fəaliyyətinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daiməmin-amanlıq, rifah və firavanlıq arzulayıram".
 
                        