AZ

TAYFUN ballistik raketinin növbəti atışı həyata keçirilib

Türkiyənin “Roketsan” şirkəti tərəfindən inkişaf etdirilən TAYFUN ballistik raketinin növbəti atışı sınağı yerinə yetirilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün özünün “NSosyal” hesabında paylaşım edib.

Paylaşımda daha bir uğurlu sınağın keçirildiyini vurğulayan H.Görgün bildirib ki, atılan qətiyyətli addımlar nəticəsində TAYFUN raketinin mənzili və zərbə dəqiqliyi artırılır.

Xatırladaq ki, 500 kilometrdən çox mənzilə sahib olan TAYFUN raketinin ilk atış sınağı 2022-ci ilin oktyabr ayında baş tutub. Cari ilin fevralında isə onun növbəti atış sınağı keçirilib. Bu sınaq zamanı raket dənizdəki suüstü hədəfi dəqiqliklə vurmağı bacarıb.

Bu il Türkiyədə keçirilən IDEF-2025 sərgisində “Roketsan” şirkəti TAYFUN Blok-4 ballistik raketini ilk dəfə təqdim edib. TAYFUN BLOK-4 raketi hipersəs qabiliyyəti və strateji hədəflərə qarşı hazırlanmış çoxməqsədli döyüş başlığı ilə diqqət çəkir. “Roketsan” tərəfindən verilən məlumata görə, raketin çəkisi 7 tondan çoxdur. Onun hədəf auditoriyası komanda və idarəetmə mərkəzlərini, hava hücumundan müdafiə sistemlərini, hərbi bazaları və mühüm hərbi obyektləri əhatə edir.

Seçilən
84
poliqon.az

1Mənbələr