AZ

121 Ukrayna dronu vuruldu

Ötən gecə hava hücumundan müdafiə qüvvələri Rusiya bölgələri üzərində 121 ədəd Ukraynaya məxsus pilotsuz uçuş aparatını (PUA) məhv edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilir.

Qeyd olunur ki, hava hücumundan müdafiə qüvvələri ötən gecə Rusiya bölgələri üzərində Ukraynaya məxsus 121 pilotsuz uçuş aparatını məhv edib:

“Bunlardan 20-si Rostov, 19-u Volqoqrad, 17-si Bryansk, 12-si Kaluga, 11-i Smolensk, 9-u Belqorod, daha 9-u Moskva vilayətində (bunlardan 7-si birbaşa Moskvaya yönəlmişdi), 8-i Voronej, daha 8-i Leninqrad, 2-si Novqorod, daha 2-si Ryazan, 2-si Tambov, 1-i Tver və daha 1-i Tula vilayətində vurulub”.

Seçilən
68
cebheinfo.az

1Mənbələr