AZ

Qubadlının azad olunması Zəfərin mühüm strateji mərhələsi idi - Kamaləddin Qafarov

Bakı. Trend:

25 oktyabr Azərbaycan tarixinin unudulmaz səhifələrindənbiridir. Bu gün biz təkcə bir şəhərin işğaldan azad edilməsinideyil, həm də 44 günlük Vətən müharibəsinin gedişində böyük dönüşyaradan tarixi bir mərhələni qeyd edirik.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatıKamaləddin Qafarov deyib.

O bildirib ki, Qubadlı şəhəri strateji baxımdan mühüm mövqedəyerləşdiyi üçün onun azad olunması həm əməliyyat planına, həm dəmüharibənin ümumi gedişatına böyük təsir göstərib.

"Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələbedirdi. Şəhər və ətraf kəndlər düşmən tərəfindən möhkəmləndirilmişistehkamlarla qorunurdu. Düşmən hərbi birləşmələrini yüksək dağmövqelərində yerləşdirmişdi və buradan ordumuzun hərəkətistiqamətlərinə müntəzəm atəş açırdı. Lakin Azərbaycan əsgəriqarşısında bu istehkamlar da tab gətirmədi. Əvvəlcə stratejiyüksəkliklər ələ keçirildi, ardınca Xanlıq, Padar, Sarıyataq kimikəndlər düşməndən təmizləndi. Nəhayət, 25 oktyabr 2020-ci ildəAzərbaycan Silahlı Qüvvələri Qubadlı şəhərinə daxil olaraq oradadövlət bayrağımızı ucaltdı".

Millət vəkilinin fikrincə, Qubadlı əməliyyatının uğurla başaçatması, əslində, Zəngilan və Laçın istiqamətlərində də növbətiqələbələrin əsasını qoydu:

“Məhz Qubadlının azad olunması ilə Azərbaycan Ordusu həmQarabağın cənub-qərb hissəsində strateji nəzarəti təmin etdi, həmdə Ermənistan ordusunun logistika xətlərini tam çökdürdü. Düşməninmüqavimət gücü qırıldı, onun müdafiə sistemində ciddi boşluqlaryarandı. Bu isə müharibənin son mərhələsinə – Şuşa əməliyyatınadoğru gedən yolda çox vacib addım idi. Ölkə Prezidenti, MüzəffərAli Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan buəməliyyat bir daha sübut etdi ki, Azərbaycan Ordusu dünyanın ənpeşəkar və müasir ordularından biridir. Ordumuzun yüksək döyüşruhu, texniki təchizatı və taktiki hazırlığı bu uğurunqazanılmasında əsas amillərdən oldu.

Qubadlı uğrunda döyüşlərdə iştirak edən igid hərbçilərimizinqəhrəmanlıqlarının əbədiləşdirilməsi məqsədilə dövlət başçısınınmüvafiq Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalıtəsis edilib. Bu medal təkcə fərdi igidliyin deyil, həm də xalqınbirliyinin, vətənpərvərlik ruhunun rəmzidir. Bu gün 25 oktyabr –Qubadlı Şəhəri Günü kimi qeyd edilir. Ölkə Prezidenti cənab İlhamƏliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilən butarix Azərbaycanın Zəfər salnaməsinin ayrılmaz hissəsidir. Qubadlışəhəri günü hər bir azərbaycanlı üçün qürur, fərəh və minnətdarlıqgünüdür”.

Seçilən
50
16
az.trend.az

10Mənbələr