AZ

Son bir ayda ƏƏSMN tərəfindən satışa çıxarılan mənzillərdən neçəsi satılıb?

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən satışaçıxarılan mənzillərdən son bir ayda daha 15 mənzil satılıb.

Trendxəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Bildirilib ki, mənzillər Bakının Ramana və Ümid qəsəbələrində,Abşeron və Samux rayonlarında yeni yaşayış binalarındadır.

Hazırda 1057 mənzilin satışı davam edir və satışdan əldə olunanvəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə iləəlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatınayönəldiləcək.

Hər biri 3 və 4 otaqlı olan bu mənzillərin satışıms.sosial.gov.az portalı üzərindən onlayn qaydada həyata keçirilir.Mənzillər tam təmirlidir, istifadə olunmayıb və çıxarışlıdır.Onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaqolar.

Mənzillərdən almaq istəyən şəxslər qeyd edilən portala daxilolaraq mənzillərlə tanış ola, almaq istədiyi mənzili seçərək onuportaldakı “Bron et” düyməsini sıxmaqla bron edə bilər.

Mənzilləri bron etmək istəyən şəxs bunun üçün ASAN Logininautentifikasiya vasitələrindən (identifikasiya nömrəsi, SİMArəqəmsal imza, ASAN imza, SİMA Token (elektron imza), BSXM Elektronimza) birinə malik olmalıdır.

Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaq hüququ qazanır,ondan əlavə 2 şəxsin də həmin mənzili bron etmək imkanı var. Əgərilk bron etmiş şəxs mənzili almaqdan imtina etdikdə, mənzili almaqhüququ onu bron etmiş digər şəxsə keçir.

Mənzili bron etmiş şəxslə Nazirlik arasında 10 gün müddətindədəyəri tam ödənilməklə mənzilə dair notariat qaydasında təsdiqedilmiş alqı-satqı müqaviləsi bağlanır.

Bir hüquqi və ya fiziki şəxs satılan mənzillərdən istədiyi saydamənzil ala bilər.

Mənzillərin qiyməti müstəqil qiymətləndirici tərəfindənqanunvericiliyə uyğun olaraq müəyyən edilib.

Əlavə məlumat əldə etmək üçün 142-Çağrı Mərkəzinə müraciət edəbilərsiniz.

Məqalədə:
Seçilən
37
6
az.trend.az

10Mənbələr