AZ

Qubadlının azad olunması qürur və qəhrəmanlıq salnaməmizin parlaq səhifəsidir ŞƏRH

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 25 oktyabr, AZƏRTAC

Bu gün Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan Qubadlının işğaldan azad olunduğu gündür.

2020-ci il oktyabrın 25-i - Vətən müharibəsində xalqımızın qürur və ləyaqətini ucaldan, Prezident İlham Əliyevin prinsipial və praqmatik siyasəti, eləcə də suverenliyimiz uğrunda canını fəda edən igid qəhrəmanlarımızın şücaəti ilə yazılmış şanlı bir tarixdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.

O, bildirib ki, Qubadlının düşmən tapdağından azad olunması Azərbaycanın müstəqilliyinin, ordumuzun qüdrətinin və xalqımızın birliyinin rəmzidir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun mərdliyi və xalqın sarsılmaz inamı ilə bu zəfər reallaşdı. Qubadlı uğrunda döyüşlər Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri kimi tarixə yazıldı. "O gün xalqın zədələnmiş qüruru bərpa olundu, dualarımız gerçəyə çevrildi. Qubadlıya qayıdan hər nəfəs azadlığın, ədalətin və birliyin nəfəsidir. Qubadlının azad olunması yenilməz ruh, qırılmaz iradə və əbədiyyətə yazılmış qəhrəmanlıq dastanıdır. Bu torpaqların hər daşı, hər ağacı, hər bulağı şəhid qanı ilə yoğrulmuş müqəddəs Vətən torpağıdır. Bu gün Qubadlıya yenidən həyat qayıdır, evlər bərpa olunur, yollar salınır, azan səsləri dağlara yayılır. Bu, Zəfərin bəhrəsidir – o Zəfərin ki, əsası Ulu Öndər Heydər Əliyevin yaratdığı dövlətçilik konsepsiyası üzərində qurulub, dövlətimizin başçısının liderliyi ilə qalibiyyətə çevrilib",- deyə G. Ağamalı vurğulayıb.

Deputat əlavə edib ki, Qubadlı rayonunun işğaldan azad olunması ordumuza Laçın rayonu və dəhlizi istiqamətinə strateji hərəkət üstünlüyü qazandırdı. Düşmənin təminat yollarına nəzarət böyük ölçüdə Silahlı Qüvvələrimizin nəzarətinə keçdi və psixoloji üstünlüyümüz daha da artdı.

Biz bu torpaqları azad edən, hər birimizin qürur duyduğumuz Ali Baş Komandanımıza sonsuz minnətdarlığımızı bildirir, şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə təşəkkürümüzü ifadə edirik.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
99
1
azertag.az

2Mənbələr