AZ

Tarixçi alimlərimiz Albaniyada keçirilən beynəlxalq tədbirdə iştirak ediblər

Albaniyanın Elbasan şəhərində "Balkan, Anadolu, Qafqaz və Türküstan coğrafiyası, incəsənət, mədəniyyət, tarix və folkloru" mövzusunda   V Beynəlxalq Konfrans və sərgi keçirilib. 

Konfransda Azərbaycan, Türkiyə, Albaniya, Moldova, İtaliya, Özbəkistan, İran, İraq, Belarus, Rumıniya, Macarıstan, Şimali Makedoniya, Kosova və digər ölkələri təmsil edən 100-dən çox alim və tədqiqatçı elmi məruzələrlə çıxış ediblər. Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin "Qədim Qəbələ - UNESCO-nun Dünya İrsi Siyahısına namizəd göstərilmiş unikal arxeoloji şəhər", Qubadakı Soyqırımı Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramovanın "Böyük Ermənistan xülyası" uğrunda daşnaklar tərəfindən türk-müsəlmanlara qarşı həyata keçirilən Quba soyqırımı (aprel-may 1918-ci il)" məruzələri maraqla qarşılanıb. "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru Səadət Əliyevanın "Damcılı mağara düşərgəsində arxeoloji təkamül və mədəni davamlılıq", "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyevin "Keşikçidağ ərazisində yerləşən Yovşanlıdərə kurqanlarının arxeoloji tədqiqi", "Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Günel Pirquliyevanın "Çıraqqala: tarixi-arxeoloji tədqiqatlar və bərpa-konservasiya təhlilləri" məruzələri də bir çox tarixi gerçəkliyin üzərinə işıq salıb. 

Sonda iştirakçılara sertifikatlar təqdim edilib. Konfrans iştirakçıların Elbasan qalası və Elbasan Etnoqrafiya Muzeyinə ekskursiyaları ilə yekunlaşıb. 

Akif ƏLİYEV,

"Azərbaycan"

Seçilən
38
azerbaijan-news.az

1Mənbələr