AZ

Rənglərin qardaşlığı: Özbəkistanda sərgi

Rənglərin

Rənglərin Qardaşlığı: Daşkənddə Türk Dünyası Rəssamlarının Möhtəşəm SərgisiÖzbəkistanın paytaxtı Daşkənddə Azərbaycan, Qazaxıstan, Türkiyə və Özbəkistan rəssamlarını bir araya gətirən “Rənglərin qardaşlığı” adlı bənzərsiz sərgi keçirilib. Bu tədbir Türk dövlətləri arasında mədəni əməkdaşlıq və sənət dialoqunu gücləndirmək məqsədi daşıyır.RənglərinSərgi “5 barmaq — bir ruh” ideyasına əsaslanaraq ortaq tariximizi, mədəni dəyərlərimizi və ruhani birliyimizi bədii dillə ifadə edir. Rəssamlar əsərlərində hər bir xalqın özünəməxsus ruhunu, coğrafiyasını və həyat tərzini rənglərin, xətlərin və formaların dili ilə canlandırıblar.Bu bədii mənzərələr vasitəsilə ziyarətçilər dostluq, sülh və qarşılıqlı hörmət mesajlarını hiss edir, rəsm əsərlərində sənətin birləşdirici gücünü dərk edirlər.Tədbirin media dəstəyini Ulusum.az və Magamedia göstərib. Onların informasiya dəstəyi sərginin daha geniş kütləyə çatmasında mühüm rol oynayıb.R.Daşdəmirova

Diqqət Çəkənlər

Kəskin çəki dayanması nə ilə bağlıdır?

Toyuq korluğu və ya retinitis pigmentoza

Rənglərin qardaşlığı: Özbəkistanda sərgi

Seçilən
51
ulusum.az

1Mənbələr